İnsanlara hürriyət, millətlərə istiqlal!

Tahir İmanov vəhhabi olması iddialarına ilk dəfə cavab verdi

4477 10.03.2026 04:00 Şou-biznes A A

Əməkdar artist Tahir İmanov vəhhabi olması haqqında iddialara ilk dəfə münasibət bildirib.

Musavat.com xəbər verir ki, aktyor bu barədə “Planet Parni iz Baku”nun sosial media hesabında paylaşım edib.

Tahir İmanov dini mənsubiyyəti ilə bağlı yayılan məlumatlara belə reaksiya verib:

“Mənim ailəmin şəxi həyatına daxil olmayın. Hələ mənə müxtəlif ləqəblər də qoşursunuz. Baxmayaraq ki, bizim dində qanun baxımından azadlıqdır. Yazırsınız ki, Tahirin dini təriqəti belədir, elədir. Şükür Allaha mən müsəlmanam. Heç kimə ləqəb qoşmuram. Mənim üçün İslamda olan hər bir qardaş, bacı müsəlmandır. Sizlərdən fərqli olaraq, insanları təriqətlərə bölmürəm. Bizim şəxsi həyatımıza qarışmayın”.

Əməkdar artist Tahir İmanov yenidən jurnalistlərə söz atmağı da unutmayıb. O bildirib ki, şəxsi həyatı barədə yazılarsa, hüquqi müstəvidə addımlar atacaq. 

Qeyd edək ki, mərhum Əməkdar artist Cabir İmanovun vəfatından sonra sosial mediada onun qardaşı Tahir İmanovun vəhhabi olması haqqında iddialar yayılmışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR