İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanklar yox, yanacaq çatışmayacaq: NATO üçün kritik xəbərdarlıq

779 16.02.2026 01:38 Dünya A A

Avropanın enerji təhlükəsizliyi ilə bağlı narahatedici açıqlama səslənib.

Musavat.com xəbər verir ki, Almaniyanın ən böyük silah istehsalçılarından biri olan Rheinmetall konserninin enerji layihələrinə cavabdeh top-meneceri Şena Britzen mövcud yanacaq ehtiyatlarının genişmiqyaslı müharibə şəraitində təxminən üç ay kifayət edəcəyini bildirib.

Onun sözlərinə görə, problem yalnız hərbi texnika ilə məhdudlaşmır. Tank və qırıcılarla yanaşı, hərbi yük maşınları, xəstəxanalar, logistika şəbəkəsi, eləcə də elektrik və fövqəladə xidmət infrastrukturu eyni yanacaq bazasından asılıdır.

Britzen qeyd edib ki, əsas risk ehtiyatın tam tükənməsi deyil, emal güclərinin məhdudluğu olacaq. Yəni xam neft mövcud olsa belə, onu qısa müddətdə hərbi və mülki ehtiyaclara uyğun yanacağa çevirmək Avropanın mövcud imkanlarını aşa bilər.

Ekspertlər xəbərdarlıq edirlər ki, mümkün böhran şəraitində enerji infrastrukturuna düşəcək yük NATO ölkələrinin müdafiə qabiliyyətinə birbaşa təsir göstərə bilər.

Çıxış yolu — hidrogen

Rheinmetall artıq alternativ model üzərində işlədiyini açıqlayıb. Konsern müharibə şəraitində logistikanın davamlılığını təmin etmək üçün mobil enerji blokları, hidrogen əsaslı muxtar enerji sistemləri və hərbi bazalar üçün lokal enerji istehsalı kimi həllərin hazırlanmasını prioritet hesab edir.

Şirkət hesab edir ki, gələcək müharibələrdə üstünlük yalnız silah sayında deyil, enerji təminatının davamlılığında olacaq.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR