İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbriz hava limanı bağlandı: soydaşlarımız ayağa qalxıb, şəhərdə atışma gedir - VİDEO

1627 09.01.2026 23:05 Son xəbər A A

Təbrizdə kütləvi anti-hökumət etirazlarının genişlənməsi fonunda beynəlxalq hava limanının fəaliyyəti dayandırılıb.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, Təbriz Beynəlxalq Hava Limanından həyata keçirilməli olan bütün reyslər ləğv edilib.

Paylaşılan videoda minlərlə etirazçının şəhər küçələrini doldurduğu, təhlükəsizlik qüvvələri ilə qarşıdurmaların yaşandığı görünür. Şahidlərin iddiasına görə, gecə saatlarında şəhərin müxtəlif nöqtələrində atışma səsləri eşidilib, vəziyyət son dərəcə gərgin olaraq qalır. 

Rəsmi mənbələr hələlik hava limanının bağlanmasının səbəbləri və şəhərdəki real durumla bağlı açıqlama verməyib. Lakin yayılan kadrlar və məlumatlar İranda, xüsusilə də Təbrizdə etirazların daha sərt və təhlükəli mərhələyə keçdiyini göstərir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR