Urmiya şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb. Musavat.com xəbər verir ki, ölkəboyu davam edən İslam Respublikası əleyhinə etirazlar fonunda keçirilən nümayişlər zamanı qəzəbli vətəndaşlar repressiv qüvvələrə hücum ediblər.
Hadisə zamanı etirazçılar küçələrdə toplaşaraq etirazlarını nümayiş etdiriblər. Qarşıdurmalar şəhərin mərkəzi hissələrində baş verib və təhlükəsizlik qüvvələrinin cavab tədbirləri ilə müşayiət olunub.
Təbrizin fəal əhalisi ölkə xalqı ilə həmrəylik nümayiş etdirərək, son iğtişaşçıların terrorçu hərəkətlərini qətiyyətlə pisləmək məqsədilə yürüş təşkil edib.
İran prezidenti Məsud Pezeşkian Tehranda keçirilən hökumətyönlü mitinqi şərh edib və bu tədbiri “ölkənin düşmənlərinin planlarını pozan addım” kimi dəyərləndirib.
O, bildirib ki, mitinq İran xalqının ərazi bütövlüyünü qorumaq iradəsini göstərib və xarici qüvvələrin məkrli planlarına sarsıdıcı cavab olub. Prezident qeyd edib ki, aksiya miqyasına görə misilsizdir və vətəndaşların ayıq-sayıqlığını və dini dəyərləri müdafiə etməyə hazır olduqlarını nümayiş etdirir. Pezeşkian mitinqdə iştirak edən vətəndaşlara təşəkkürünü bildirib və onların sədaqətini yüksək qiymətləndirib.
Pezeşkianin sözlərinə görə, mitinq həm də amerikalı siyasətçilər və muzdlu qüvvələr üçün xəbərdarlıq xarakteri daşıyır.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu professor Qabil Hüseynli ilə müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv






