ABŞ Latın Amerikasında narkokartellərə qarşı mübarizə məqsədilə qurudakı hədəflərə aviazərbələr endirməyə başlayır.
Musavat.com xəbər verir ki, bu açıqlama ilə prezident Donald Tramp çıxış edib.
Tramp bu barədə hökumət kabinetinin iclasında danışıb: "Bu insanlar (narkotik tacirləri) 200 mindən çox insanı öldürüblər. Əslində, onlar keçən il 200 mindən çox insanı öldürüblər. Və bu rəqəmlər azalıb. Və onlar azalıb, çünki biz bu zərbələri həyata keçiririk. Və biz bu zərbələri quruda da həyata keçirməyə başlayacağıq. Bilirsiniz, quruda daha asandır. Daha asandır və biz onların hansı marşrutlarla getdiyini bilirik. Biz onlar haqqında hər şeyi bilirik. Biz onların harada yaşadıqlarını bilirik. Biz pis insanların harada yaşadığını bilirik və biz bunu çox tezliklə etməyə başlayacağıq".
Qeyd edək ki, son 3 ayda ABŞ Karib hövzəsində narkotik trafikinə qarşı mübarizə adı altında böyük hərbi qüvvə cəmləşdirib. Əsas məqsədin Venesueladan ABŞ-a narkotik idxalının qarşısını alınması göstərilsə də, real hədəfin Nikolas Maduro hakimiyyəti olduğu bildirilir. Ötən həftə Trampın Maduro ilə telefon danışığında ona hakimiyyətdən könüllü getməyi təklif etdiyinə dair məlumat yayılıb.
Məlumata əlavə olunacaq.
Musavat.com






