İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: ABŞ Venesuelanı bombalamağa başladı VİDEO

1757 03.01.2026 11:10 Siyasət A A

Venesuelanın paytaxtı Karakasda güclü partlayışlar başlayıb.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, şəhər üzərində ABŞ-ın "Chinook" ağır hərbi nəqliyyat helikopterlərinin iştirakı ilə hava hücumu həyata keçirir. İnternetdə Amerika helikopterlərinin Karakas üzərindəki videosu yayılıb.

CH-47 "Chinook" nəqliyyat helikopterlərindən əlavə, AH-64 "Apache" hücum helikopterlərinin də görüldüyü və hücumun hərbi obyektlərə yönəldiyi bildirilir. Karakasda partlayışlar davam edir.

Reuters xəbər verir ki, şəhərin cənub hissəsində böyük bir hərbi bazanın yaxınlığında elektrik enerjisi kəsilib.

Ölkənin şimal hissəsində, Hərbi Dəniz Akademiyasının yerləşdiyi Varqas ştatındakı La Quayra Hərbi Dəniz Bazasına ziyan dəyib. Venesuela Hərbi Hava Qüvvələri Su-30MKV qırıcı təyyarələrini havaya qaldırıb.

İlkin məlumatlara görə, Karakasdakı ən azı altı hədəfə hücum edilib. Bunlara Forte Tiuna bazası və Generalissimo Francisco de Miranda Hava Bazası, Varqasdakı La Quayra Hərbi Dəniz Bazası və çoxsaylı hərbi obyektlərin yerləşdiyi Karib dənizindəki Marqarita adası daxildir.

Şahidlər Karakasda atəş səsləri eşidildiyini bildiriblər. İlkin məlumatlara görə, Amerika qoşunları yerə enib. Yerli medianın məlumatına görə, quru döyüşləri davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR