Dünən Almaniya Xarici İşlər Nazirliyi Tehrandakı səfirliyin fəaliyyətini dayandırmadığını, ancaq konsulluq və viza şöbələrinin məhdud tutumla fəaliyyət göstərdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Habelə, Berlin bir daha Almaniya vətəndaşlarını İranı tərk etməyə çağırıb.
Almaniya XİN İrandakı təhlükəsizlik vəziyyətini yaxından izlədiyini və diplomatların vəziyyəti ilə bağlı Tehrandakı səfirliyi ilə daim əlaqə saxladığını vurğulayıb.
Nazirlik əlavə etdi ki, səfirlik işçilərinin təhlükəsizliyinin təmin edilməsi prioritetdir və təhlükəsizlik tədbirləri daim nəzərdən keçirilir və mövcud inkişaflara əsasən yenilənir.
Musavat.com






