İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Türkiyədə liseydə ATIŞMA: Şagirdlər girov götürüldü - Yaralılar var VİDEO

1332 14.04.2026 11:57 Hadisə A A

Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda lisey binasının qarşısında atəş səsləri eşidilib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məktəbə silahla daxil olan bir şəxsin ətrafa atəş açması nəticəsində 14 nəfər yaralanıb.

Məlumata görə, hadisə Hasan Çelebi məhəlləsində yerləşən Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində baş verib.

İlkin iddialara görə, silahlı hücumu şagirdlərdən biri həyata keçirib. Hadisə yerinə dərhal təcili tibbi yardım, polis və xüsusi təyinatlı qüvvələr cəlb olunub. Məktəbin içərisində olan silahlının bəzi şagirdləri girov götürdüyü bildirilir.

Təhlükəsizlik qüvvələri tərəfindən məktəbdəki şagirdlərin böyük bir hissəsi təxliyə edilib. Hazırda silahlının zərərsizləşdirilməsi istiqamətində xüsusi əməliyyat davam etdirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR