Yüksək rütbəli iranlı məmur İsrailə açıq mesaj göndərib və qarşıdakı cavabın sərt olacağını bəyan edib.
Musavat.com xəbər verir ki, rəsmi şəxs "Əl Cəzirə" telekanalına müsahibəsində bildirib ki, İranın cavabı ictimai olacaq və heç bir “qırmızı xətt” nəzərə alınmayacaq.
“Biz İsrailə açıq deyirik: hazır olun. Qarşıda gələnlərə hazırlaşın. Cavabımız açıq olacaq və masada bütün variantlar var – o cümlədən indiyədək nəzərdən keçirilməmiş ssenarilər”, – deyə açıqlamada vurğulanıb.
Musavat.com






