İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandan yeni cavablar gəlir: Laricani və Şamxani Trampa meydan oxudu

793 03.01.2026 01:19 Dünya A A

İsrailli rəsmilərin və Donald Trumpın bəyanatları pərdəarxasında nələrin baş verdiyini açıq şəkildə göstərir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikirləri sosial şəbəkələrdə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Ali Larijani paylaşıb.

“Biz etiraz edən tacirlərlə vandalları ayırd edirik və Tramp anlamalıdır ki, ABŞ-ın İranın daxili işlərinə müdaxiləsi bütün regionu sabitlikdən çıxaracaq və Amerikanın maraqlarına zərər vuracaq.
Amerika xalqı bilməlidir ki, bu avantüranı Tramp başladıb və o, öz əsgərlərinin təhlükəsizliyini birinci yerə qoymalıdır”, – deyə Laricani bildirib.

İranın ali dini liderinin müşaviri Ali Şamxani isə öz növbəsində yazıb:
“İran xalqı amerikalıların ‘xilasetmə’ təcrübəsini yaxşı tanıyır — İraqdan və Əfqanıstandan tutmuş Qəzzaya qədər. Hər hansı müdaxiləçi əl, hansı bəhanə ilə olursa-olsun, İranın təhlükəsizliyini sarsıtmağa cəhd edərsə, hələ çatmamış kəsiləcək.
İranın milli təhlükəsizliyi qırmızı xətdir, avantürist tvitlərin mövzusu deyil.”

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR