İnsanlara hürriyət, millətlərə istiqlal!

“Temu” və “Trendyol”dan sifariş edilən məhsullar niyə gecikir? – AÇIQLAMA

3467 04.02.2026 17:55 Gündəm A A

Son aylarda onlayn ticarət platformaları olan “Temu” və “Trendyol”dan sifariş edilən məhsulların Azərbaycandakı sifarişçilərə çatdırılmasında ciddi gecikmələr müşahidə olunur. Bir vaxtlar 10–15 gün ərzində ünvanlara təhvil verilən bağlamalar indi bir ay, bəzən isə daha uzun müddət ərzində vətəndaşlara çatdırılmır. Yaranmış vəziyyət minlərlə alıcının narazılığına səbəb olub.

Bu barədə Musavat.com-a müraciət edən vətəndaşlar bildirirlər ki, sifariş etdikləri məhsullar platformalar tərəfindən vaxtında göndərilsə də, bağlamalar Azərbaycana daxil olduqdan sonra gömrük baxışından keçmə mərhələsində ilişib qalır. Onların sözlərinə görə, bağlamaların aqibəti ilə bağlı aydın məlumat verilmir.

Musavat.com yaranmış problemlə bağlı Dövlət Gömrük Komitəsinə rəsmi sorğu ünvanlayıb.

Komitədən saytımıza bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də gömrük orqanlarına bəyan edilməlidir:

“Son dövrlərdə edilən elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq, bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən və ya bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur. Gömrük orqanları tərəfindən mövcud vəziyyətin tənzimlənməsi və baş verən uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər aparılır. Bu da öz növbəsində bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılış prosesinə təsir göstərir. Sifarişlərin daşınmasını və çatdırılmasını həyata keçirən daşıyıcı operatorlarla qeyd olunan hallar dəqiqləşdirilir və bu növ hallara yol verilməməsi tövsiyə olunur.

Sifariş edən şəxslərdən yaranan halların nəzərə alınması və müvəqqəti xarakter daşıdığının diqqətə alınması xahiş olunur”.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR