İnsanlara hürriyət, millətlərə istiqlal!

Tərtərdə DƏHŞƏT: 27 yaşlı kişini bıçaqlayıb öldürdülər

675 12.04.2026 11:53 Kriminal A A

Ötən gün Tərtər rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Musavat.com xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində 1999-cu il təvəllüdlü, əslən Ağdam rayonunun İlxıçılar kəndindən olan Aslanov Nabil Saleh oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən 1995-ci təvəllüdlü Səfixan Nağıyev saxlanılaraq istintaqa təhvil verib.

Xatırladaq ki, hadisə kafedə baş verib. N.Aslanov kafedə mübahisə zəminində bıçaqlanıb.

Yaralıya əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasında tibbi müdaxilə edilib, sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb, lakin yolda həyatını itirib.

Araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR