Türk Hava Yolları (Turkish Airlines) yazın əvvəlindən etibarən İstanbul-İrəvan istiqamətində uçuşları proqramına daxil etməyi planlaşdırır.
Bu barədə məlumat aviaşirkətin rəsmi internet səhifəsində dərc olunub.
Musavat.com xəbər verir ki, yeni xətt üzrə ilk reysin 11 mart tarixində həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, 2025-ci ilin sentyabrında İnvestorlar üçün Məlumatların Açıqlanması Platformasında (KAP) yayımlanan “Turkish Airlines” bəyanatında qeyd edilirdi: şirkətin Direktorlar Şurası mövcud imkanları və bazar şərtlərini nəzərə alaraq Rumıniyanın Timişoara şəhərinə, eləcə də Ermənistanın paytaxtı İrəvana müntəzəm reyslərin başlanması ilə bağlı qərar qəbul edib.
Musavat.com






