İnsanlara hürriyət, millətlərə istiqlal!

Tibb müəssisələrində korrupsiya ilə bağlı 392 müraciət daxil olub

573 19.12.2025 13:37 Səhiyyə A A

“2025-ci ildə korrupsiya hüquqpozmaları 24,2 % azalıb. 1 yanvar-30 noyabr tarixləri ərzində 392 korrupsiya hüquqpozmaları barədə müraciət daxil olub”.

Musavat.com xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.

“Bunlardan 26-sı təsdiqini tapıb (7%), 36 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. 2024-cü ilin anoloji dövrü üzrə 517 korrupsiya hüquqpozmaları barədə müraciət daxil olub, bunlardan 23-ü təsdiqini tapıb (4%), 33 əməkdaş intizam məsuliyyətinə cəlb edilib”, - o bildirib.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR