İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisin Tehranla dostluğu Qərbə mesajdır

411 18.02.2026 12:26 Siyasət A A

Gürcüstan paytaxtında ölkənin əsas qülləsində İran bayrağının rənglərinin əks olunması bəzi suallar yaradıb

Ötən həftə ABŞ vitse-prezidenti Cənubi Qafqazın iki ölkəsinə səfər etdi. Bu ərəfədə isə Gürcüstan paytaxtı Tiflisdə ölkənin əsas qülləsinin İranda İslam inqilabının 47-ci ili münasibətilə bayrağının rənglərinin əks olunması bəzi suallar yaradıb. Ən əvvəl ona görə ki, dünya İranda xalq etirazlarının vəhşicəsinə yatırılması nəticəsində 6000 min nəfər aksiyaçı qətlə yetirilməsindən danışarkən, rəsmi Tiflis rejimə belə bir dəstək verib.

Haqqın.az bu fakta diqqət çəkərək yazır ki, bu hadisə həm də Cənubi Qafqazın “ən qərbyönlü ölkəsində, 10 mindən çox  israillilərin axın etdiyi ölkədə baş verir.

Son illərdə İranla Gürcüstan arasında münasibətlərin aktivləşməsi regionda diqqət çəkən geosiyasi proseslərdən biridir. Bu yaxınlaşma təsadüfi deyil və həm qlobal, həm regional faktorların kəsişməsində formalaşan praqmatik maraqların nəticəsidir.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

 Elxan Şahinoğlu

Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a danışıb. Politoloq qeyd edib ki, Gürcüstan son illərdə İranla müxtəlif sahələrdə sıx əlaqələr qurub və bunun bir neçə səbəbi var: “Birinci səbəb, Gürcüstan hökumətinin Qərb ölkələri ilə münasibətlərinin pisləşməsidir. Avropa İttifaqı Gürcüstan hökumətini daima tənqid edir. Brüssel Gürcüstan parlamentinin qəbul etdiyi qanunların Avropa İttifaqına üzv olmaq istəyən dövlətin siyasətinə uyğun olmadığı qənaətindədir. ABŞ-nin də Gürcüstanla əməkdaşlığa marağı azalıb. Halbuki vaxtilə Cənubi Qafqaz ölkələri içərisində Gürcüstan ABŞ-nin bölgədə əsas tərəfdaşı idi. ABŞ-nin keçmiş prezidenti Corc Buş Cənubi Qafqaz ölkələrindən yalnız Gürcüstana səfər etmişdi. Bu, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin siyasəti sayəsində reallaşmışdı. Gürcüstanda hakimiyyət dəyişikliyi baş verdikdən sonra Tiflis tədricən ABŞ və Avropa İttifaqından uzaqlaşmağa başladı. Təsadüfi deyil ki, ABŞ-nin hazırkı prezidenti Donald Trampın Gürcüstanla bağlı hər hansı açıqlamasını xatırlamaq çətindir. Buna görədir ki, ABŞ vitse-prezidenti Ceyms Vens İrəvan və Bakıdan sonra Tiflisə səfər etmədi”.

Politoloqun fikrincə, Gürcüstan hökumətinin İranla sıx əlaqələrinin ikinci səbəbi iqtisadi əlaqələrdən faydalanmaq istəyidir: “Ancaq son illərdə iki ölkə arasında idxal-ixrac əməliyyatlarının artdığını söyləmək çətindir. İranın maliyyə imkanları Gürcüstanla ortaq layihələr reallaşdırmaq imkanlarını minimuma endirib. Gürcüstan hökumətinin İrandan turist axınının artımına ümidi indiki şərtlər altında özünü doğrultmayacaq. Çünki İranda iqtisadi və sosial vəziyyət ağırlaşıb, İran vətəndaşlarının mütləq əksəriyyəti turist səfərləri haqqında deyil, sosial problemlərinin həlli haqqında düşünür. Buna baxmayaraq, İranın mühafizəkar rejimi Gürcüstan azərbaycanlıları arasında təbliğatı gücləndirib. Rəsmi Tiflis İran mühafizəkarlarının Gürcüstanda apardığı təbliğata hələ də seyrçidir. Bu, həm Gürcüstan, həm də bölgə üçün təhlükə mənbəyinə çevrilib”.

Natiq Cəfərli: “Fərid müəllim, bir məktəbli startapa 1,5 milyon dollar cəlb  edib, fərqi görürsünüz?” Pravda.az

Natiq Cəfərli

Siyasi şərhçi Natiq Cəfərli qeyd edir ki, yalnız bir fakta görə - Tiflisdə qüllədə İran bayrağının rənglərinin nümayiş etdirilməsini əsas gətirib bunu hansısa xüsusi siyasi mövqe kimi təqdim etmək doğru deyil. O hesab edir ki, burada sırf praqmatizm var: “Gürcüstan sadəcə diqqət cəlb etmək istəyir. Son zamanlar Qərbin, ABŞ-nin, Avropanın diqqətindən müəyyən qədər kənarda qalıb. Halbuki Cənubi Qafqazın ən "sevimli" ölkəsi uzun illər onlar üçün məhz Gürcüstan olub. Bu baxımdan bu tipli addımlar müəyyən mesaj verməyə hesablanıb - yəni “mən də varam, mənimlə də danışmaq, mənimlə də anlaşmaq lazımdır”. Düşünürəm ki, məsələyə məhz bu yöndən yanaşmaq lazımdır. Digər tərəfdən, Gürcüstan praqmatik yanaşır. İranla ticarət dövriyyəsi artır, İrandan daha çox turist cəlb etmək istəyir. Çünki Gürcüstan turizmlə dolanır, turizm ölkəsidir. Ona görə də münasibətləri kifayət qədər normal səviyyədə saxlamağa çalışır. Lakin qeyd etdiyim kimi, əsas səbəbin diqqət cəlb etmək və geosiyasi gündəmdə özünü xatırlatmaq olduğunu düşünürəm".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR