İTV-də yayımlanan “Tilov” serialı 10-cü bölümdə final edib.
Musavat.com xəbər verir ki, Emil Quliyevin rejissorluğu ilə ərsəyə gələn layihənin final səhnəsi diqqət çəkib.
Serialın əsas obrazlarını canlandıran Kəmalə Piriyeva ilə Amid Qasımovun performansı maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
Ekran işinin finalında Xalq artisti Alim Qasımovun “Xatirədir” ifası səslənib.
Qeyd edək ki, layihədə Kəmalə Piriyeva ilə yanaşı Elşən Əskərov, Ülvi Həşim, Ülvi Həsənli, Aydan Ağazadə, Ümid Qasımov da rol alıb.
Könül
Musavat.com






