Ekspertlərə görə, yenilənmiş parlamentin spikeri çox güman ki, Qazaxıstanın yeni rəhbəri olacaq
Qazaxıstanda parlament islahatı 2026-cı il üçün siyasi gündəmin mərkəzi mövzusuna çevrilir. Dövlət müşaviri Erlan Karinin rəhbərliyi ilə fəaliyyət göstərən işçi qrup gələcək birpalatalı parlament modelinin konturlarını hazırladığı bir vaxtda, ekspertlər faktiki olaraq yeni konstitusiyanın qəbulunu nəzərdə tutan referendumun qısa müddətdə keçiriləcəyini proqnozlaşdırırlar.
Musavat.com xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.
Prezident Kasım-Jomart Tokayev yerli nəşrə verdiyi müsahibədə birpalatalı parlamentin spikeri olacağı ilə bağlı yayılan şayiələri təkzib edib və “hakimiyyətin tranziti” mövzusunun müzakirəsində tələsməməyə çağırıb. O, şəxsi təyinatlardan daha çox sistemli islahatların prioritet olduğunu vurğulayıb.
![]()
İlkin planlara əsasən, konstitusiyaya nöqtəvi dəyişikliklərin 2027-ci ilə qədər həyata keçirilməsi nəzərdə tutulurdu. Lakin yekun sənədlər paketinin yaxın aylarda ictimaiyyətə təqdim olunacağı və cari ilin sonuna qədər Qazaxıstanda referendumun keçiriləcəyi ehtimal olunur.
Məlumdur ki, Qazaxıstan prezident respublikasıdır. Tokayev isə bundan əvvəl on ildən çox Senata rəhbərlik edib.
Məhz bu vəzifədə o, 2019-cu ildə Nursultan Nazarbayevin istefasından sonra prezident səlahiyyətlərini icra edirdi və daha sonra rəsmi olaraq Qazaxıstan prezidenti seçildi.
Son olaraq Tokayev 2022-ci ildə 7 illik müddətinə prezident seçilib, amma əsas qanun ardıcıl iki müddətdən artıq təkrar seçilməyi qadağan edir.
2022-ci il seçkiləri erkən keçirildiyi üçün Tokayevin səlahiyyət müddəti 2029-cu ildə başa çatır. Bu o deməkdir ki, hazırkı islahatları prezidentin son gedişinə hazırlıq kimi qiymətləndirmək olar. Formal olaraq, ona prezidentlik müddətinin limitini bərpa etməyə heç nə mane olmur, lakin ekspertlərə görə, Tokayev bu seçimi etməyəcək, hakimiyyətdən gedəcək.
Bəzi iddialara Tokayevin referendum dəyişikliyinin motivasiyası tam aydın deyil. Bir tərəfdən islahat parlamentin rolunu gücləndirə bilər. Digər tərəfdən, Senatın “müstəqil” qanunverici orqan kimi legitimliyi çoxdan pozulub. Qazaxıstanın “Orda” nəşri xəbər verir ki, yuxarı palata mövcud olduğu müddətdə ictimai qınaq obyekti olub. Qocalmış məmurların və aktiv karyeraları sona çatmaqda olan siyasətçilərin göndərildiyi “siyasi qocalar evinə” çevrilib. Bundan əlavə, Senatın ləğvi büdcəyə ən azı 10 milyard tengeyə qənaət edə bilər. Ekspertlərin fikrincə, Senatın ləğvi müxtəlif məqsədlərə xidmət edə bilər - “formal institutu” ləğv etməkdən tutmuş orada güclü mövqelərə malik olan regional elitanı zəiflətməyə qədər. Senat öz maraqları üçün lobbiçilik edən yerli elitalar üçün platformadır. Ekspertlərə görə, yenilənmiş parlamentin spikeri Tokayevin siyasi varisi və çox güman ki, gələcəkdə prezident postu tuta bilər.
Musavat.com






