Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı blokada həyata keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, Vaşinqton bu prosesə heç kimin müdaxilə etməsinə icazə verməyəcək.
“Bu, blokadadır. Heç kimin keçməməli olduğu yerdən keçməsinə imkan verməyəcəyik”, – deyə Tramp bildirib.
ABŞ prezidenti vurğulayıb ki, Vaşinqton Venesuelada əvvəl ABŞ-a məxsus olan neft hüquqlarını geri almaq niyyətindədir. Trampın iddiasına görə, Venesuela hakimiyyəti ABŞ şirkətlərini ölkədən çıxararaq onların torpaqlarını və neft hasilatı hüquqlarını qanunsuz şəkildə ələ keçirib.
Onun sözlərinə əsasən, bu addımlar nəticəsində ABŞ-ın Venesueladakı aktivləri mənimsənilib və rəsmi Vaşinqton bunu qəbul etmir.
Musavat.com






