Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranda baş verən etirazlar və mümkün zorakılıqla bağlı son dərəcə sərt və açıq mesaj verib.
O bildirib ki, İran hakimiyyəti yenidən xalqına qarşı güc tətbiq edərsə, ABŞ dərhal reaksiya göstərəcək.
Tramp İran rəhbərliyinə birbaşa xəbərdarlıq etdiyini vurğulayıb: “Onlara açıq dedim: atəş açmağa başlamayın. Çünki siz başlasanız, biz də başlayacağıq”.
ABŞ prezidenti qeyd edib ki, söhbət qoşun yeridilməsindən getmir, lakin cavab addımı son dərəcə dağıdıcı olacaq: “Əgər insanları keçmişdə etdikləri kimi öldürməyə başlasalar, biz çox güclü zərbə endirəcəyik. Elə bir zərbə ki, ən ağrılı yerlərindən vuracaq”.
Bu bəyanat Vaşinqtonun İranda baş verən proseslərə artıq birbaşa təhlükəsizlik prizmasından yanaşdığını və bölgədə eskalasiya riskinin ciddi şəkildə artdığını göstərir.
Musavat.com






