İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp coşub – Kolumbiya liderini də hədələdi

929 03.01.2026 22:22 Dünya A A

ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun tutulmasından sonra Kolumbiya prezidenti Qustavo Petroya xəbərdarlıq edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu sözləri Ağ Evin YouTube kanalında yayımlanan mətbuat konfransı zamanı söyləyib.

Siyasətçinin sözlərinə görə, Kolumbiyada kokain istehsal olunur və sonra ABŞ-a göndərilir. "Ona görə də o (Qustavo Petr) həqiqətən ehtiyatlı olmalıdır", - deyə Tramp xəbərdarlıq edib.

Yanvarın 3-də ABŞ lideri Meksikaya qarşı əməliyyata da işarə edib. Ağ Ev rəhbərinin sözlərinə görə, ölkə əslində prezident Klaudiya Şeynbaum tərəfindən deyil, narkotik kartelləri tərəfindən idarə olunur. "Ona görə də biz onlarla bağlı bir şey etməliyik", - deyə siyasətçi bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR