ABŞ prezidenti Donald Tramp İrana zərbə endirmək üçün yeni bir plan nəzərdən keçirir.
Musavat.com CNN-ə istinadən xəbər verir ki, Amerika lideri etirazçıların öldürülməsində günahkar olan İran rəhbərliyinə və təhlükəsizlik rəsmilərinə qarşı hava hücumları etmək imkanlarını araşdırır.
Trampın nəzərdən keçirdiyi digər bir variant İranın nüvə obyektlərinə və dövlət qurumlarına zərbələr endirməkdir. Amerika prezidenti hələlik fəaliyyət planı ilə bağlı yekun qərar verməyib, lakin Yaxın Şərqə təyyarədaşıyan zərbə qrupunun gəlişi sayəsində daha çox seçiminin olduğuna inanır.
CNN qeyd edir ki, Tramp "İranın nüvə və raket proqramlarını məhdudlaşdırmaq üçün Vaşinqton və Tehran arasında ilkin danışıqların" uğursuzluğu səbəbindən yeni zərbə təkliflərini nəzərdən keçirməyə başlayıb.
Şəbəkə mənbələrindən birinin qeyd etdiyinə görə, Tramp Tehranı Vaşinqtonun şərtlərini qəbul etməyə və atəşkəsə razılaşmağa məcbur edəcək güclü zərbəni ABŞ üçün ideal ssenari hesab edir. Bu mənbəyə görə, hücum halında Tramp "tez bir zamanda qələbəni elan etmək istəyəcək". Lakin CNN qeyd edir ki, İranın hərbi arsenalı - raketdən müdafiə sistemləri, ballistik raketlər, dronlar və qırıcı təyyarələr - Vaşinqtonun qətiyyətli zərbə planlarını ciddi şəkildə çətinləşdirə bilər. Bundan əlavə, ABŞ administrasiyası Venesuelaya hücum etməzdən əvvəl orada rejim dəyişikliyi üçün zəmin hazırlamışdısa, İranla bağlı belə bir yanaşma tətbiq olunmayıb.
Musavat.com






