İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp İŞİD-i hədələdi: Cavab çox ağır olacaq

541 14.12.2025 01:09 Dünya A A

Vaşinqton administrasiyası Palmirada iki ABŞ əsgərinin və bir amerikalı tərcüməçinin öldürülməsin görə İŞİD-ə qarşı cavab tədbirləri görəcək.

Musavat.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Truth Social- yazıb. Onun sözlərinə görə, Suriyada "ABŞ-a qarşı İŞİD hücumu" olub: "Cavab çox ağır olacaq".

Daha sonra Ağ Evin qarşısındakı jurnalistlərə hadisə ilə bağlı danışarkən o, qeyd edib: "Bu, pusqu idi".

Amerika lideri Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraanın hücumdan "son dərəcə qəzəbləndiyini və narahat olduğunu" açıqlayıb. Tramp əlavə edib ki, daha üç əsgər yaralanıb və vəziyyətləri sabitdir.

Pentaqon Suriyanın Homs əyalətinin mərkəzi hissəsində yerləşən Palmira şəhəri yaxınlığında iki ABŞ əsgərinin və bir amerikalı tərcüməçinin öldürüldüyünü açıqlayıb. ABŞ-ın məlumatına görə, onlar bölgədə İŞİD-ə qarşı əməliyyatları dəstəkləyirdilər. ABŞ Müdafiə naziri Pit Heqset X-də hücumu törədən şəxsin "tərəfdaş qüvvələr tərəfindən öldürüldüyünü" bildirib.

Suriya TV əvvəllər bir mənbəyə istinadən Palmira yaxınlığında baş verən atışmada bir Suriya təhlükəsizlik zabitinin öldüyünü və üç ABŞ hərbçisinin yaralandığını bildirmişdi. SANA xəbər agentliyinin məlumatına görə, silahlı şəxs birgə patrul zamanı Suriya və ABŞ qoşunlarına atəş açaraq bir neçə nəfəri yaralayıb. Onun motivi açıqlanmayıb.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR