İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Maduronun yerinə keçən qadına nə qədər dözəcək? - Venesuela üçün yeni lider axtarışı

487 09.01.2026 00:39 Dünya A A

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges Nikolas Maduronun aqibətindən nəticə çıxarmayıb. Maduronun ABŞ tərəfindən həbs edilməsindən sonra hakimiyyətin başına keçən vitse-prezident Delsi Rodriges son bir neçə gündür Amerikaya qarşı bəyanatlarının sayını çoxaldıb. Məsələn, o, bildirib: "Venesuela ABŞ-nin təcavüzünə təslim olmadığına görə ölkənin qanuni prezidenti Nikolas Maduronun qaçırılması ilə üzləşib. Biz heç bir təcavüzə təslim olmayacağıq".

Belə vəziyyətdə, ABŞ Venesuelada Delsi Rodrigesin hakimiyyətinin davam etməsinə razı olacaqmı?

Siyasi ekspert Xəyal Bəşirov Musavat.com-a bildirib ki, ABŞ-nin Delsi Rodrigesin hakimiyyətdə qalmasına tam və şərtsiz razı olması ehtimalı sıfıra yaxındır. "Trampın yalnız müəyyən şərtlərlə müvəqqəti olaraq Rodrigesə dözməsi mümkündür. Venesuelada tam legitim, Qərbyönlü və nəzarət oluna bilən hakimiyyət formalaşmasıdırılacaq. ABŞ-nin hədəfi Venesuelanın neft sektorunun ABŞ və müttəfiqləri üçün açılması, Rusiya, Çin və İranın Venesueladakı təsirinin zəiflədilməsi, seçkilərlə hakimiyyət dəyişikliyini həyata keçirməkdir. ABŞ açıq şəkildə bildirir ki, keçid dövrü ola bilər, amma bu keçid Maduro xəttinin davamı olmamalıdır. Delsi Rodriges Nikolas Maduronun ən yaxın adamlarından biridir. ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyaya məruz qalmış fiqurdur, antiamerikan ritorikası ilə tanınır və bu gün də həmin ritorikadan əl çəkmədiyi görünür. Buna görə də ABŞ onu uzunmüddətli lider kimi qəbul etmir. ABŞ yalnız bu hallarda onun bir müddət hakimiyyətdə qalmasına müvəqqəti razılıq verə bilər ki, Amerika şirkətlərinə neft sektorunda geniş imkanlar versin, siyasi məhbusları azad etsin, müxalifətlə real dialoqa başlasın, seçkilərin keçirilməsi üçün dəqiq vaxt cədvəli təqdim etsin, Rusiya və İranla hərbi-strateji əməkdaşlığı azaltsın. Bunlar da əslində uzun müddətli deyil, qısa müddətli və şərti razılıq olar. Əgər Rodriges bu şərtləri qəbul etməsə ABŞ alternativ lider və ya keçid hökuməti variantını gündəmə gətirə və onu hakimiyyətdən kənarlaşdıra bilər”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR