İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Netanyahunu İranla bağlı belə yola gətirib - Özü açıqladı

370 09.06.2026 09:44 Siyasət A A

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahuya bildirib ki, İranla münasibətlərin gərginləşməsi halında o, dəstəksiz qala bilər.

Musavat.com xəbər verir ki, məlumatı Tramp Axios-a verdiyi müsahibədə açıqlayıb.

Onun sözlərinə görə, İsrail liderləri ABŞ administrasiyasına İrana planlaşdırılan zərbələr barədə xəbərdarlıq ediblər və o, onların məhdud olmasını təmin edib. Tramp qeyd edib ki, ən azı beş Yaxın Şərq dövlətinin nümayəndələri ona İsrailə təsir göstərmək xahişi ilə müraciət ediblər: "Mən dedim ki, Bibi (Netanyahu - red.), ehtiyatlı olmalısan, əks halda çox tezliklə tək qalacaqsan".

ABŞ prezidentinin sözlərinə görə, 8 iyunda İran nümayəndələri ABŞ administrasiyasının üzvləri ilə əlaqə saxlayıb və İsrail də eyni şeyi etməyə hazırdırsa, zərbələri dayandırmağa hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, 7 iyun axşamı İran İsrailin şimalına raket atıb. İsrail ordusu onların hamısının ələ keçirildiyini açıqlayıb. Bu, İsrailin həmin gün Beyrutun kənarındakı Hizbullah obyektinə hücumundan sonra baş verib.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR