ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff yaxın vaxtlarda Rusiyaya səfər edəcək.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya liderinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev məlumat verib.
Dmitriyevin sözlərini Kreml hovuzunun müxbiri Aleksandr Yunaşev öz "Telegram" kanalında paylaşıb.
Rusiya rəsmisi amerikalı məmurun gözlənilən səfərinin təfərrüatları barədə isə hər hansı bir məlumat verməyib.
Musavat.com






