İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan müharibə açıqlaması: “İranın hərbi sistemi dağıdıldı”

1055 07.03.2026 23:15 Dünya A A

ABŞ prezidenti Donald Tramp İran əleyhinə aparılan hərbi əməliyyatların nəticələri barədə açıqlama verib.

Musavat.com xəbər verir ki, Tramp ABŞ qüvvələrinin qısa müddətdə İranın hərbi potensialına ciddi zərbə vurduğunu iddia edib.

Onun sözlərinə görə, əməliyyat cəmi üç gün ərzində İranın dəniz və hava qüvvələrini faktiki olaraq sıradan çıxarıb.

“Biz İranda çox yaxşı iş gördük. Nəticəni görürsünüz və bu, heyrətamiz idi. Üç gün ərzində 42 hərbi gəmini məhv etdik, onların bəziləri çox böyük idi. Bu, faktiki olaraq İranın hərbi-dəniz qüvvələrinin sonu oldu. Biz onların hərbi-hava qüvvələrini də məhv etdik”, – deyə Tramp bildirib.

ABŞ prezidenti əlavə edib ki, əməliyyat zamanı İranın rabitə və telekommunikasiya sistemləri də sıradan çıxarılıb.

“Biz onların kommunikasiya sistemlərini məhv etdik və bütün telekommunikasiya əlaqələri kəsildi. Onların indi necə əlaqə saxlayacağını bilmirəm, amma yəqin ki, hansısa yol tapacaqlar. Hələlik bu, o qədər də yaxşı alınmır”, – deyə Tramp qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR