İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın bu açıqlaması Netanyahu üçün gözlənilməz olub

697 12.06.2026 09:20 Siyasət A A

ABŞ prezidenti Donald Trampın 11 iyunda İranla müharibəyə son qoymaq üçün razılaşma elan etməsi İsrail baş naziri Benyamin Netanyahu üçün gözlənilməz olub.

Musavat.com xəbər verir ki, bunu "Axios" portalı və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid mənbəyə istinadən X hesabında yazıb.

"Netanyahu əvvəlcədən xəbərdarlıq almadı və Trampın İran razılaşması ilə bağlı ilkin açıqlamasından təəccübləndi", - o qeyd edib.

Tramp Ağ Evdə jurnalistlərə bildirib ki, İran razılaşmasının bir neçə yekun müddəası danışıqlarda iştirak edən bütün tərəflər tərəfindən razılaşdırılıb, lakin ABŞ qüvvələri razılaşma bağlanana qədər İranın dəniz blokadasını davam etdirəcək. Donald Tramp həmçinin "Truth Social"da yazıb ki, yekun müddəalar həm prinsipcə, həm də bütün detalları ilə ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Pakistan, Bəhreyn, Küveyt, İordaniya, Misir və digər ölkələr də daxil olmaqla, bütün tərəflər tərəfindən təsdiqlənib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR