İnsanlara hürriyət, millətlərə istiqlal!

Tuapse fiaskosundan sonra Putin QƏRAR verdi – Baş komandan...

1313 04.05.2026 17:58 Ölkə A A

Rusiyaya ard-arda baş verən dron hücumlarından sonra hərbi rəhbərlikdə ciddi dəyişiklik edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin hava-kosmik qüvvələrin komandanını dəyişib.

Məlumata görə, general Viktor Afzalov vəzifəsindən uzaqlaşdırılıb və onun yerinə general-polkovnik Aleksandr Çayko təyin olunub.

Gələn xəbərlərə əsasən, bu qərar Rusiyanın hava hücumundan müdafiə sistemlərinin son aylarda dron hücumlarını dəf etməkdə aciz qalmasından sonra verilib.

Yeni təyin olunan Çayko əvvəllər Suriyada Rusiya qoşunlarına rəhbərlik edib və 2021-ci ildən Şərq Hərbi Dairəsinə komandanlıq edib. Onun adı həmçinin Ukraynadakı hadisələrlə, xüsusilə Buça ilə bağlı ittihamlarda hallanır və Avropa İttifaqı tərəfindən sanksiyaya məruz qalıb.

Məlumata görə, martın sonlarından etibarən Rusiyanın Baltik dənizi sahilində yerləşən əsas neft limanları pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb və bu, ixracın dayanmasına səbəb olub. Aprel ayında isə ölkə ərazisində 20-dən çox dron hücumu qeydə alınıb.

Hücumlar nəticəsində azı 9 neft emalı zavodu zərər görüb, onların 5-i fəaliyyətini müvəqqəti dayandırıb. Bu isə Rusiyada neft emalının 2009-cu ildən bəri ən aşağı səviyyəyə düşməsinə gətirib çıxarıb.

Xüsusilə Tuapsedəki liman və neft zavodu bir neçə dəfə hədəfə alınıb – minlərlə ton neft yanıb, ətraf mühitə ciddi ziyan dəyib. Oxşar hücumlar Perm şəhərində də baş verib.

Artan təhlükə fonunda Kreml hətta 9 may paradını da məhdudlaşdırmaq məcburiyyətində qalıb. Bildirilir ki, ilk dəfə olaraq parad hərbi texnikasız keçiriləcək və əvvəlki illərlə müqayisədə daha qısa davam edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR