İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk Hava Yollarının Venesuelaya uçuşu qadağan olundu

702 28.11.2025 02:07 Dünya A A

Venesuela altı böyük beynəlxalq aviaşirkətin ölkəyə uçuşlarını qadağan edib.

Musavat.com BBC-yə istinadən xəbər verir ki, həmin şirkətlər Karakasın uçuşları bərpa etmək üçün təyin etdiyi 48 saatlıq müddətə əməl etməyiblər.

Qeyd edək ki, ABŞ-ın ərazidə "hərbi fəaliyyətin artması" barədə xəbərdarlıq etməsindən sonra aviaşirkətlər paytaxt Karakasa uçuşları müvəqqəti olaraq dayandırıb. Bundan qəzəblənən Venesuela hökuməti ultimatumla daşıyıcılara müraciət edib. Bir sıra kiçik aviaşirkətlər Venesuelaya uçuşları davam etdirsə də, böyük şirkətlər bunu etməyiblər. Ölkənin Nəqliyyat Nazirliyinə tabe olan Venesuela Mülki Aviasiya İdarəsi noyabrın 27-də Iberia, TAP Portugal, Gol, Latam, Avianca və Turkish Airlines şirkətlərinin dərhal eniş və qalxış hüquqlarını itirəcəyini açıqlayıb. İdarə aviaşirkətləri "Amerika Birləşmiş Ştatları hökuməti tərəfindən təşviq edilən dövlət terrorizm fəaliyyətlərinə qoşulmaqda və kommersiya hava səyahətlərini birtərəfli şəkildə dayandırmaqda" ittiham edib.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR