İnsanlara hürriyət, millətlərə istiqlal!

"Türk seriallarına həsəd aparıram"

845 02.05.2026 20:50 Şou-biznes A A

"Ən əsas məsələ güclü ssenaridir. Ondan sonra komanda: kim çəkəcək. Fil komanda işidir: aktyor, ssenarist, operator yaxşı olmalıdır ki, ortaya keyfiyyətli iş çıxsın. Buna görə də bir çox məqama diqqət etmək lazımdır. Amma mənim üçün ilk faktor hər zaman ssenari və obrazdır".

Bu sözləri aktrisa Kəmalə Piriyeva "Mədəni şou"da deyib.

Aktrisa türk seriallarına həsəd apardığını gizlətməyib:

"Qısqanclıq yox, amma həsəd var. İstərdim ki, bizdə də belə layihələr olsun. Pul... Azərbaycanda istedadlı aktyorlar, aktrisalar, ssenaristlər, rejissorlar, rəssamlar, texniki və yaradıcı heyət var. Sadəcə əsas problemlərdən biri maliyyə və dəstək məsələsidir. Bu sahədə pul həqiqətən vacib faktordur".  (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR