Türkiyənin Balıkesir vilayətində hərbi təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində 1 pilot şəhid olub.
Musavat.com xəbər verir ki, Balıkesirdə yerləşən 9-cu Hərbi Hava Bazası Komandanlığına məxsus F-16 qırıcı təyyarəsi uçuş tapşırığını yerinə yetirərkən qəzaya uğrayıb.
Bu barədə A Haber telekanalına açıqlama verən Balıkesir valisi İsmail Ustaoğlu bildirib ki, təyyarə hazırda avtomagistralın kənarına düşüb və aidiyyəti qurumlar hadisə yerindədir.
Valinin sözlərinə görə, qəzanın başvermə səbəbi hələlik məlum deyil və araşdırmalar davam edir. Hadisə yerinə xilasedicilər, hərbi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İlkin məlumata əsasən, qəza zamanı pilotlardan biri şəhid olub.
Musavat.com









