Türkiyədə ağır hərbi helikopter qəzaya uğradı
Türkiyədə hərbi helikopter qəzası baş verib.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, CH-47 tipli ağır hərbi-nəqliyyat helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb.
Məlumata görə, insident nəticəsində şəxsi heyət xəsarət almayıb.
Hadisənin səbəblərinin araşdırmanın nəticəsinə əsasən müəyyən ediləcəyi bildirilib.
***
Türkiyənin paytaxtı Ankarada helikopter qəzası qeydə alınıb.
Musavat.com xəbər verir ki, hadisə Yenihisar bölgəsində baş verib. Məlumata görə, helikopter naməlum səbəbdən yerə düşüb.
İlkin məlumatlara əsasən, qəza nəticəsində ölən olmayıb.
Hazırda hadisə ilə bağlı rəsmi açıqlama gözlənilir.
Musavat.com






