İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə “Suriya izi”: İŞİD-in gizli şəbəkəsi ifşa olunur

359 12.12.2025 00:59 Dünya A A

Türkiyənin son aylarda keçirdiyi genişmiqyaslı antiterror əməliyyatları ölkədə gizli İŞİD sığınacaqlarının hələ də ciddi təhlükə yaratdığını göstərir.

Musavat.com xəbər verir ki, onlarla vilayətdə aparılan reydlər zamanı yüzlərlə şübhəli saxlanılıb və həbslər artıq demək olar ki, hər həftə təkrarlanır. Təkcə 22 vilayətdə keçirilən əməliyyatlarda 92 İŞİD üzvü, daha sonra 33 vilayətdə aparılan reyddə isə 51 döyüşçü tutulub. Son hadisələrə İstanbulda noyabrın 18-də 20 nəfərin saxlanılması, onlardan ikisinin İzmir polisinin üç əməkdaşını qətlə yetirən terrorçular olması, noyabrın 26-da İstanbul və Adanada 26 nəfərin ələ keçirilməsi, noyabrın 28-də isə İstanbulda İŞİD üçün maliyyə toplayan şəbəkənin ifşası və 21 nəfərin həbs edilməsi daxildir. Eyni günlərdə İzmir, Sivas və Adanada da 40-dan çox şübhəli saxlanılıb.

Məlum olduğu kimi, İŞİD indiyədək Türkiyədə 10 böyük terror aktı törədib və bu hücumlarda 269 nəfər həlak olub. Ən ağır hadisələr 2015-ci ildə Ankaradakı qatar stansiyasında törədilən və 102 nəfərin ölümünə səbəb olan partlayış, elə həmin il Qaziantepdə baş verən hücumda 59 nəfərin və 2017-ci ildə “Reina” klubunda 39 nəfərin qətlə yetirilməsi olub. Son səs-küylü hadisə isə İstanbuldakı Santa-Mariya kilsəsinə edilən hücumdur. Bu faktlar terrorçuların gizli sığınacaqlarda hələ də aktivləşmək imkanına malik olduğunu göstərir.

2011–2024-cü illər ərzində minlərlə İŞİD üzvü Türkiyə üzərindən Suriyaya keçib və məhkəmə materialları ölkədə bu keçidi təmin edən gizli logistika şəbəkələrinin olduğunu təsdiqləyir. Nəticədə Türkiyə Suriya müharibəsinin əsas yükünü daşıyan ölkəyə çevrilib. Döyüşlər dayansa da, gizli sığınacaqlarda gizlənən terrorçular ölkədə qalır və onların yeni göstərişlər gözlədiyi ehtimal edilir.

Bundan başqa, Türkiyənin illərlə davam edən böyük qaçqın axınını idarə etməsi də təhlükəsizlik risklərini artırıb. Suriyalı qaçqınların axını arasında xeyli sayda gizli terrorçunun olduğu və hüquq-mühafizə orqanlarının onları 10 ildir mərhələli şəkildə zərərsizləşdirdiyi bildirilir. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR