İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən heyrətamiz yenilik: Pilotsuz döyüş təyyarəsinin bu üsulla...

4509 23.06.2026 01:06 Dünya A A

Türkiyə hərbi aviasiyada diqqət çəkən yeni sınaq həyata keçirib.

Musavat.com xəbər verir ki, Qızılalma pilotsuz döyüş təyyarəsi ilk dəfə başqa bir təyyarə vasitəsilə idarə olunub.

Baykarın hazırladığı Qızılalma pilotsuz döyüş təyyarəsi ilə İtaliyanın M-346 təlim-döyüş təyyarəsi Çorluda birgə avtonom uçuşlar həyata keçirib.

Sınaqlar zamanı iki platforma arasında bütün məlumatlar qabaqcıl radiotezlik məlumat mübadiləsi sistemi vasitəsilə sinxronlaşdırılıb. Leonardo şirkətinin GCC taktiki platformasının kibermüdafiə infrastrukturu ilə qorunan sistem real vaxt rejimində müşahidə və idarəetmə imkanı təmin edib.

Məlumata görə, Baykar İtaliyadakı tərəfdaşları ilə birlikdə insanlı və pilotsuz vasitələrin birgə fəaliyyətini nəzərdə tutan MUM-T konsepsiyası üzərində işləyir. TUSAŞ da paralel olaraq öz analoji konsepsiyasını inkişaf etdirir.

Sınaqlar zamanı Qızılalma M-346 təyyarəsi vasitəsilə idarə olunub. Anka-3 pilotsuz döyüş təyyarəsi isə Hürjet vasitəsilə idarə edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR