İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli jurnalistlər Təl-Əvivdə SAXLANILDI - VİDEO

1199 03.03.2026 16:03 Dünya A A

CNN Türk müxbiri Emrah Çakmak və operator Halil Kahraman Təl-Əvivdə saxlanılıblar.

Musavat.com xəbər verir ki, jurnalistlər İsrail Müdafiə Nazirliyinin yaxınlığında canlı yayım edərkən yerli təhlükəsizlik qüvvələri onlara yaxınlaşıb.

Jurnalistlər İranın raket hücumundan dərhal sonra sığınacaqlardan çıxan mülki şəxsləri göstərirdilər.

Çəkiliş qrupu polis bölməsinə aparılıb.

Türkiyənin Kommunikasiya İdarəsinin baş direktoru Burhanəddin Duran bildirib ki, Ankara jurnalistlərin dərhal azad edilməsi üçün lazımi addımları atır və vəziyyəti yaxından izləyir.

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik həbsi "mətbuat azadlığına hücum" adlandırıb və jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR