ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Ukrayna hakimiyyətinə uzun mənzilli "Tomahavk" raketlərini tələb etmək əvəzinə 10 illik tariflərdən azad olmağa çalışmağı təklif edib.
Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən yazır.
"Bir ovuc raketin nə faydası ola bilər?", - o deyib.
Nəşrin yazdığına görə, Uitkoff Kiyevə izah edib ki, tariflərin təxirə salınması Ukrayna iqtisadiyyatı üçün əlavə stimullara zəmanət verəcək.
Xüsusi elçi WSJ-nin xəbərini nə təsdiq, nə də təkzib edib.
"Mən sövdələşmələr aparan biriyəm. Buna görə də buradayam. Biz qapıları döyməyə və ideyalar təqdim etməyə davam edirik", - o deyib.
Musavat.com






