"Financial Times" jurnalisti Kristofer Miller ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffun iki fərqli danışıqdakı davranışını müqayisə edərək onun tamamilə fərqli təsir bağışladığını yazıb.
Musavat.com-un məlumatına görə, Miller qeyd edir ki, Mayamidə ukraynalı tərəflərlə görüşlər zamanı Uitkoff “qaradinməz, gərgin, uzaq və nebrity” görünürdü.
Buna qarşılıq Moskvada Putinlə danışıqlarda “tam əksinə-gülümsəyən, hətta simpatiya ilə baxan” diplomat obrazı sərgiləyib.
Nəşr bu kontrastın danışıqların mahiyyəti, Uitkoffun mövqeyi və Kremlə münasibət kontekstində əhəmiyyətli siyasi mesaj daşıya biləcəyini qeyd edir.
Musavat.com






