İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna kəşfiyyatı yeni ƏMƏLİYYATLARA BAŞLAYIR - Zelenski ELAN ETDİ

872 10.01.2026 18:12 Dünya A A

Prezident Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) yeni əməliyyatlarını elan edib.

Musavat.com xəbər verir ki, bu barədə Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri vəzifəsini müvəqqəti icra edən Yevgeni Xmaranın məruzəsindən sonra açıqlama verib.

Zelenskinin sözlərinə görə, UTX döyüş əməliyyatlarını “Ukraynanın ehtiyac duyduğu şəkildə” həyata keçirir.

“Yevgeni son əməliyyatların təfərrüatları barədə məlumat verdi. Hazırda bu əməliyyatlar haqqında açıq danışmaq tezdir, lakin gözlədiyimiz nəticələr artıq var. Yeni əməliyyatlar da razılaşdırılıb”, - deyə Ukrayna lideri qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR