İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusundan Trampın “sülh planı”na sərt reaksiya

761 30.11.2025 20:14 Dünya A A

Ukrayna hərbçiləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın təklif etdiyi “sülh planı”nı qəti şəkildə rədd ediblər. Onlar bildiriblər ki, Donbasın təhvil verilməsi barədə mümkün göstəriş verilsə belə, Ukrayna Silahlı Qüvvələri bu ərazidən geri çəkilməyəcək.

Musavat.com xəbər verir ki, NBC News-in Donbas istiqamətində döyüşən ukraynalı hərbçilərə istinadən yaydığı məlumata görə, cəbhə xəttində əhval-ruhiyyə dəyişməz olaraq qalır: Donbasın təslim edilməsindən söhbət belə gedə bilməz. Döyüşçülər Trampın planını “faktiki kapitulyasiya” adlandırır və bunun Ukraynanın uzunmüddətli təhlükəsizliyinə ağır zərbə vuracağını qeyd edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR