İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Pskovdakı yanacaq anbarını da vurdu

372 19.02.2026 11:55 Dünya A A

Ukrayna ötən gecə Rusiyada daha bir yanacaq anbarına uğurlu zərbə endirib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukrayna dronları Pskov vilayətinin Velikiye Luki neft anbarını vurub, anbarda yanğın başlayıb.

Vilayətin qubernatoru Mixail Vedernikovun açıqladığı məlumata görə, yanğın neft çənlərindən birində başlayıb və genişlənib.

Qubernator heç kimin xəsarət almadığını bildirir.

Qeyd edək ki, bu həftə ərzində Ukrayna Rusiyada 5-ə yaxın yanacaq anbarına uğurlu zərbələr endirib.

Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR