İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Saratovda "Rosneft"i VURDU - Dəhşətli yanğın BAŞLADI

773 14.11.2025 14:25 Hadisə A A

Ukrayna dronları Rusiyanın Saratov vilayətindəki "Rosneft" neft emalı zavoduna zərbə endirib.

Musavat.com xəbər verir ki, mediada yayılan məlumatlara görə, hücum nəticəsində yanğın baş verib.

Məlumatda bildirilir ki, bu, neft emalı zavoduna bir həftə ərzində ikinci, payızın əvvəlindən bəri altıncı, ilin əvvəlindən isə səkkizinci hücumdur.

Qeyd edək ki, zavodun layihə gücü gündə 140000 barel neftdir. Müəssisə Rusiyanın Avropa hissəsinə benzin və dizel yanacağının əsas təchizatçısıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR