İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada həlak olan Raciv Hüseynovun yaxınları AXTARILIR

688 08.12.2025 14:04 Ölkə A A

Ukrayna ərazisində gedən hərbi əməliyyatlarda Rusiya ordusunun tərkibində iştirak edən Azərbaycan vətəndaşı Hüseynov Raciv Əlisafa oğlunun həlak olduğu bildirilir.

Mərhumun meyiti hazırda Rostov vilayətində yerləşən morqda saxlanılır. Hüseynov Raciv Əlisafa oğlunun şəxsiyyətinin dəqiqləşdirilməsi və yaxınlarının tapılması istiqamətində aidiyyəti qurumlara məlumat verilib.

İlkin məlumatlara əsasən, həlak olan şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Məştağa qəsəbəsində yaşadığı ehtimal olunur./Ajans.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR