İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada seçki və referendum tarixi müzakirə olunur 

462 07.02.2026 11:03 Siyasət A A

Vaşinqton və Kiyev may ayında Ukraynada ümumi seçkilərin, eləcə də münaqişənin potensial həlli sazişləri üzrə referendum keçirilməsi imkanlarını müzakirə edirlər.

Musavat.com xəbər verir ki, məlumatı "Reuters" mənbələrə istinadən yayıb:

"ABŞ və Ukrayna danışıq aparanları tərəfindən müzakirə edilən plana əsasən, nizamlama ilə bağlı hər hansı bir razılaşma referenduma təqdim ediləcək".

Ukraynada eyni vaxtda "ümumi seçkilərin" keçirilməsi gözlənilir.

Agentliyin məlumatına görə, Əbu-Dabidə keçirilən danışıqlar zamanı ABŞ Prezidentinin nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Ukrayna tərəfinə bildiriblər ki, "seçkilərin tezliklə keçirilməsi ən yaxşısı olardı". Lakin onlar həmçinin may ayında bunun mümkünlüyü ehtimalını yüksək qiymətləndirməyiblər.

Musavat.com

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR