Ukrayna Hərbi Hava Qüvvələri şərq cəbhəsində daha bir hərbi itki verdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, bu gün günorta saatlarında döyüş tapşırığı yerinə yetirən Su-27 qırıcısının pilotu, 39-cu taktiki aviasiya briqadasının baş naviqatoru, podpolkovnik Yevgeni İvanov həlak olub.
Rəsmi açıqlamada hadisənin dəqiq şəraitinin araşdırıldığı bildirilir. Hərbi Hava Qüvvələri podpolkovnik İvanovun ailəsinə və yaxınlarına başsağlığı verib.
Musavat.com






