İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın dron istehsalçısı Britaniyada zavod açdı – ilk müəssisə fəaliyyətə başladı

357 25.02.2026 22:26 Dünya A A

Ukrayna şirkətinin pilotsuz uçuş aparatları istehsal edəcək ilk zavodu Böyük Britaniyada işə salınıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın Londondakı səfiri Valeri Zaluijnı açıqlama verib.

Onun sözlərinə görə, “Ukrspecsystems” şirkətinə məxsus istehsal kompleksi əsasən kəşfiyyat məqsədli pilotsuz uçuş aparatlarının buraxılışını həyata keçirəcək. Müəssisədə PD-2, Gekata və Shark tipli dronların istehsalı planlaşdırılır.

Qeyd olunub ki, şirkətin mühəndislik və layihələndirmə mərkəzi Ukraynada fəaliyyətini davam etdirəcək. Zavod isə Böyük Britaniyanın müdafiə sənayesi sisteminə inteqrasiya olunacaq.

Məlumata görə, tərəflər daha əvvəl dron-tutucu aparatların birgə istehsalına dair də saziş imzalayıblar. Bu addım Ukrayna ilə Böyük Britaniya arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi kimi qiymətləndirilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR