İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya dəstək Avropa İttifaqının müdafiəsi deməkdir – fon der Lyayen

529 08.12.2025 23:33 Siyasət A A

İşğalçı müharibəyə məruz qalan Ukraynanı dəstəkləmək üçün Rusiya aktivlərindən istifadə "Avropa İttifaqının müdafiəsi üçün əsas fəaliyyət"dir.

Musavat.com xəbər verir ki, bunu Londonda "könüllülər koalisiyası" iştirakçılarının video konfransından sonra verdiyi açıqlamada Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen deyib:  "Maliyyə dəstəyinin göstərilməsi Ukraynanın yaşamasını təmin edəcək və Avropa İttifaqının müdafiəsi üçün əsas addımdır".  Onun sözlərinə görə, bu, Aİ-nin dondurulmuş Rusiya aktivləri əsasında  veriləcək təzminat kreditinə aiddir.

Aİ rəhbəri London görüşünün iştirakçılarına "iki əsas mövzu: Ukraynaya dəstək və Aİ-nin döyüş hazırlığının artırılması" barədə məlumat verib.

Qeyd edək ki, Avropa Komissiyası 18-19 dekabr tarixlərində keçiriləcək sammitdə Aİ ölkələrindən 210 milyard avroluq Rusiya aktivlərinin müsadirə edilməsi barədə qərar qəbul etməyi ümid edir ki, bunun da 185 milyard avrosu Belçikadakı Euroclear platformasında bloklanıb. Belçika bu qərara müqavimət göstərir və bütün Aİ ölkələrindən Rusiyanın cavab tədbirləri nəticəsində yaranan maliyyə itkilərinə görə Krallığa kompensasiya verəcəklərinə dair hüquqi cəhətdən məcburi zəmanətlər tələb edir.

 Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR