İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya görə Qazaxıstanda neft hasilatı kəskin azaldı

527 19.02.2026 15:54 Dünya A A

Qazaxıstanda neft hasilatı Ukrayna tərəfindən Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) obyektlərinə edilən hücumun nəticəsi olaraq 35% azalıb və 5,25 milyon ton səviyyəsinə düşüb.

Yanvar ayında ölkə KTK vasitəsilə nəqliyyatın kəsilməsi sonrası ixracı operativ şəkildə digər istiqamətlərə yönləndirə bilməyib.

Musavat.com xəbər verir ki, "Bloomberg"in məlumatına görə, alternativ marşrutlar itirilmiş həcmin cəmi 6%-ni əvəz edə bilib.

Digər istiqamətlər üzrə tədarük yalnız gündə 25 min barrel artıb, halbuki KTK ilə nəql təxminən gündə 440 min barrel azalıb.

Noyabrın sonlarında Ukrayna Silahlı Qüvvələrinin pilotsuz katerləri Nоворossiyskdəki KTK dəniz terminalına hücum edərək neftin tankerə yükləndiyi üç körpüdən birini zədələyiblər.

Bundan əlavə, Tengiz yatağında baş vermiş yanğın da hasilatın təxminən bir həftə dayandırılmasına səbəb olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR