İnsanlara hürriyət, millətlərə istiqlal!

Uran çatışmazlığı bazarı alt-üst etdi: qiymətlər rekord həddə yüksəlib

775 17.12.2025 01:53 Dünya A A

Süni intellekt texnologiyalarının və iri məlumat mərkəzlərinin sürətlə artması qlobal enerji balansında ciddi dəyişikliklərə səbəb olur.

Musavat.com xəbər verir ki, ABŞ-da data-mərkəzlərin elektrik enerjisinə tələbatı kəskin şəkildə yüksəlib. Bu səbəbdən uzun illər əvvəl bağlanmış atom elektrik stansiyalarının yenidən istismara qaytarılması müzakirə mövzusuna çevrilib. Prosesdə Google və Microsoft kimi texnologiya nəhənglərinin birbaşa iştirak etdiyi bildirilir.

Bu fonda uran bazarında ciddi bahalaşma müşahidə olunur. Uzunmüddətli müqavilələr üzrə uranın qiyməti funt üçün 86 dollara yüksəlib ki, bu da 2008-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.

Mütəxəssislərin proqnozlarına əsasən, 2040-cı ilə qədər urana qlobal tələbat iki dəfə artaraq illik 150 min tona çatacaq. Lakin əsas problem ondan ibarətdir ki, mövcud mədənlərin böyük hissəsi tükənmək üzrədir, yeni mədənlərin açılması isə uzunmüddətli proses və böyük investisiyalar tələb edir. Qeyd olunur ki, uran sektoru onilliklər ərzində faktiki olaraq diqqətdən kənarda qalıb.

Analitiklər bildirirlər ki, uran çatışmazlığı artıq üfüqdə görünür. Mövcud sərbəst həcmlərin isə hərbi məqsədlərdən daha çox süni intellekt modellərinin, şərti olaraq “GPT-6” kimi sistemlərin təliminə yönəldiləcəyi ehtimal olunur.

Bu prosesdə Çinin üstün mövqeyi də diqqət çəkir. Rəsmi məlumatlara görə, Çin ABŞ və Hindistanın birlikdə istehsal etdiyindən daha çox elektrik enerjisi istehsal edir. Bu isə Pekinə süni intellektin inkişafında həm enerji, həm də sənaye baxımından strateji üstünlük qazandırır. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR