İran milli futbol komandası Kosta Rika üzərində 2:0 hesablı qələbə qazandığı oyundan əvvəl duyğusal addımı ilə diqqət çəkib.
Matç öncəsi futbolçular ölkədə baş verən faciələr zamanı həyatını itirən uşaqların fotolarını əllərində tutaraq meydana çıxıblar. Bu səhnə stadionda sükut yaradıb və sosial şəbəkələrdə geniş rezonans doğurub.
Bununla yanaşı, İran millisi ötən həftə Nigeriya ilə keçirilən qarşılaşmadan əvvəl də oxşar jest etmişdi. Komanda Minab şəhərində məktəbdə həlak olan qız uşaqlarını anmaq üçün meydançaya məktəb çantaları ilə çıxaraq onların xatirəsini yad etmişdi.
Musavat.com






