İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaqlar niyə qatilə çevrilir? – Şəmkirdəki qətlin detalları

967 27.07.2026 15:49 Kriminal A A

Xəbər verildiyi kimi, Şəmkir rayonunda baş verən dəhşətli ailə faciəsi ölkədə böyük rezonans doğurub. Mahmudlu kəndində 12 yaşlı qızın qətlə yetirilməsi ilə bağlı cinayəti törətməkdə onun 16 yaşlı bacısı şübhəli bilinir. Hadisə Namazovlar ailəsinin yaşadığı evdə baş verib. 12 yaşlı Əfsanə Novruzova evin həyətyanı sahəsində çoxsaylı bıçaq xəsarətləri ilə aşkarlanıb. Ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Şəmkirdə 12 yaşlı bacısını bıçaqlayan qızın FOTOSU - Savash Media

Musavat.com xəbər verir ki, hadisədən əvvəl ailə üzvləri qızın itkin düşməsi ilə bağlı polisə müraciət ediblər. Bir müddət sonra isə o, yaşadıqları evin həyətində yaralı vəziyyətdə tapılıb.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun 16 yaşlı bacısı S. Rəhimova saxlanılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, 2014-cü il təvəllüdlü Əfsanə Novruzovaya üç bıçaq zərbəsi vurulub. İstintaqın versiyasına görə, bacılar arasında yaranan mübahisə zamanı 16 yaşlı yeniyetmə ona kəsici alətlə ölümcül xəsarətlər yetirib. Kənd sakinlərindən biri mətbuata hadisə ilə bağlı danışarkən bildirib ki, ailə əvvəlcə qızın itkin düşdüyünü düşünərək onu axtarmağa başlayıb:

"Qızı axtarırdılar. Sonra evin arxa hissəsində ağır vəziyyətdə tapıldı. Daha sonra məlum oldu ki, bunu bacısı edib. Polisə də elə özü xəbər verib. Aralarında nə üstündə mübahisə olduğunu bilmirik".

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, istintaq davam etdirilir.

Bəs yeniyetməni hansı cəza gözləyir?

Baş vermiş hadisənin hüquqi tərəflərini şərh edən tanınmış hüquqşünas Əkrəm Həsənov Musavat.com-a bildirib ki, qəsdən adam öldürmə cinayətinə görə şəxslər 14 yaşından etibarən cinayət məsuliyyəti daşıyırlar.

Onun sözlərinə görə, şübhəli 16 yaşında olduğundan yetkinlik yaşına çatmayan şəxs hesab edilir və qanunvericiliyə əsasən ona tətbiq oluna biləcək maksimum cəza 10 il müddətinə azadlıqdan məhrumetmədir.

Məhkəmə Əkrəm Həsənov barəsində xüsusi qərardad qəbul etdi | Banco.az

Vəkil qeyd edib ki, istintaq zamanı hadisənin bütün halları ətraflı araşdırılmalıdır:

"Əgər müəyyən olunsa ki, şübhəli özünü müdafiə edib, yaxud anlaqsız vəziyyətdə olub, bu, hüquqi qiymətləndirməyə ciddi təsir göstərə bilər. Belə hallarda şəxs ya cinayət məsuliyyətindən azad edilə, ya da daha yüngül məsuliyyət daşıya bilər. Lakin əgər qəsdən və amansızlıqla adam öldürmə faktı sübuta yetirilərsə, qanunvericilikdə nəzərdə tutulan ən ağır cəza tətbiq oluna bilər. Bununla belə, yetkinlik yaşına çatmadığı üçün onun cəzası maksimum 10 il azadlıqdan məhrumetmə ilə məhdudlaşır".

Əkrəm Həsənov vurğulayıb ki, hadisədə özünümüdafiə amilinin olub-olmaması yalnız istintaqın nəticələri ilə müəyyən edilə bilər və hazırkı mərhələdə qəti hüquqi nəticə çıxarmaq düzgün olmaz.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR